Dayılarını yandıran bacıoğluya ömürlük həbs
Bizi izləyin

Qırmızı.az

Dayılarını yandıran bacıoğluya ömürlük həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunan Xızı rayonu, Şurabad qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Azad Məcidov sədrlik edir.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili Elman Ağayevin sözlərinə görə, müdafiə etdiyi şəxsin bu cinayəti törətməsinin ciddi səbəbləri olub, amma Ə. Abbasov onu burada açıb danışa bilmir.

Vəkilin sözlərinə görə, hadisə baş verən gün dayılar bacılarının oğlundan onlara qız gətirməsini istəyiblər: “Əsgəralı imtina etdikdə isə onu ağır söyüşlərlə söyüblər. Ona “əgər qız tapa bilmirsənsə, onda get bacını gətir” deməsi bu ağır faciəyə səbəb olub. 23 yaşlı gənc dayılarının bu cür hərəkətləri qarşısında əsəblərini cilovlaya bilməyib. Əsgəralı gəncdir, ona ömürlük cəza çox ağırdır. Müdafiə etdiyim şəxsə müddətli cəza verilməsini xahiş edirəm”.

Xatırladaq ki, hadisə bu il fevral ayının 17-də Corat bağlarında baş verib. Həmin gün Ə.Abbasov sərxoş vəziyyətdə olan dayıları - 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq evə od vurub.Faciəyə səbəb sərxoş dayıların Əsgəralıdan içki içməyi tələb etməsi olub. Valideynlərinin ünvanına təhqiramiz ifadələr səsləndirilməsinə dözməyən gənc dayılarını bir-birlərinin gözü qarşısında öldürmək qərarına gəlib. O, həyətdən götürdüyü benzin şüşəsinin ağzını açaraq yanacağı dayılarının üstünə səpib. Onlara od vurandan sonra isə evən çölə çıxaraq qapını üzlərinə bağlayıb.

Pəncərənin şüşəsini sındıran dayısı Yadigar Mirzəyevin yalvarışlarına məhəl qoymayaraq hadisə yerindən uzaqlaşıb. Hər üç şəxs tüstüdən boğularaq ölüb.

Məhkəmə prosesi iyulun 7-də davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm