DİN-dən Bakıdakı uçqunla bağlı rəsmi AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

DİN-dən Bakıdakı uçqunla bağlı rəsmi AÇIQLAMA

Daxili İşlər Nazirliyinin (DİN) paytaxtın Nərimaov rayonu ərazisində baş verən uçqunla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb.

Bu zaman həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi "Ford", Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi "Opel", Məftun Süleymanovun idarə etdiyi "Hyundai", Sahib Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər əzilib, "Mitsubshi" markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm