BMT dövlətləri ölüm hökmündən imtina etməyə çağırdı
Bizi izləyin

Qırmızı.az

BMT dövlətləri ölüm hökmündən imtina etməyə çağırdı

BMT Baş katibi Pan Gi Mun ölüm hökmündən bütünlüklə imtinayla bağlı çağırış edib.


AzNews.az-ın məlumatına görə, Baş katib bildirib ki, artıq dövlətlər cəza metodu olaraq, ölüm hökmü təcrübəsindən imtina etməlidirlər: “21-ci əsrdə cəza olaraq ölüm hökmü qərarı verilməməlidir. 25 il əvvəl ölüm hökmü qərarını verməkdən yalnız BMT-nin 4 üzvü imtina etmişdi. Bu gün isə bu qərardan imtina edən dövlətlərin sayı 160-a yaxındır. Bu ölkələrin bəziləri ya ölüm hökmünü ləğv ediblər ya da icrasını dayandırıblar”.


Pan Gi Mun vurğulayıb ki, ölüm hökmü humanizm aktı sayıla bilməz.

Qeyd edək ki, Azərbaycanda 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulub, 1998-ci ildə isə tamamilə ləğv olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm