İrandan Azərbaycana narkotik keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

İrandan Azərbaycana narkotik keçirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb və onun üzərindən 160,490 qram narkotik vasitə - heroin aşkar edilib.

İbtidai istintaqla müəyyən edilib ki, Ş. Talıbov İranın Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda, 160,490 qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 86,200 qramlıq və 74,290 qramlıq 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə qablaşdırıb saxlayıb, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə corablarının içərisində, ayaqlarının altında yerləşdirərək Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb və Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılarkən qeyd edilən narkotik vasitəsi ondan aşkar edilərək götürülüb.

Ş. Talıbovun Azərbaycan Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək CM-nin 206.2 və 234.43-cü maddələri ilə ona ittiham elan edilib.

Digər Azərbaycan vətəndaşı Əliyev Camal Eldar oğlu SU 1855 saylı Bakı-Moskva aviareysi ilə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda əl yükünü X-Ray rentgen aparatına qoyub, gömrük nəzarəti zamanı monitorda dərman preparatlarının təsvirləri görüb. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq C. Əliyevin əl yükünə gömrük baxışı və üzərində şəxsi yoxlama aparılıb, ona məxsus çantaya keçirilmiş gömrük baxışı zamanı, çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində “Methadone 5mg” sözləri yazılmış ampulalar aşkar olunub. Aşkar olunan preparatlar qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Qeyd olunan əşyalar bioloji və fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş ampulalar şəffaf rəngsiz maye-metadon adlı dərman preparatıdır.

Xatırladaq ki, metadon adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in 2-ci siyahısına daxildir.

Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm