• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlik əlillərə maşın payladı

Nazirlik əlillərə maşın payladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyulun 4-də cari ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxsə "Naz-Lifan" markalı minik avtomobili verib. Bu kateqoriyaya aid əlilliyi olan şəxslərə avtomobillərin təqdim edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq həyata keçirilir.

ƏƏSMN-dən Publika.az-a verilən məlumata görə, tədbirdə bildirilib ki, ötən ay müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə minik avtomobilləri təqdim edilmişdi, indi isə bu kateqoriyadan olan daha 100 nəfərə avtomobillər verilir. 01 yanvar 2014-ci ilədək növbəyə duran Böyük Vətən Müharibəsi Əlilllərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl AES əlillərinin avtomobillə təminatının avqust ayında yekunlaşdırılması planlaşdırılır.

Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılıb.

Əlil və şəhid ailələrinə mənzillərin təqdim edilməsi, əlillərin avtomobillə təmin edilməsində şəfaflığın və ictimai nəzarəitn təmin edilməsi məqsədilə mənzil və avtomobil alanların, növbədə dayananların siyahısı nazirliyin rəsmi internet saytının (www.eesmn.gov.az, www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR