Qırmızı.az
“Mercedes” beş gənci belə vurdu - VİDEO
Məxsusi olaraq paytaxt Bakıda piyada keçidindən istifadə
etməyənlərin statistikasına nəzər salsaq, onların sayı əhalinin
yarıdan çoxunu təşkil edər.
Təkcə ötən il Bakıda piyada keçidlərindən istifadə etməyən 120 min
piyadaya inzibati protokol tərtib olunub. Bu, hələ üzdə olanlardır.
Hər gün minlərlə insanın da təyin olunmayan yerdən keçdiyini, lakin
bunu heç kimin görmədiyini nəzərə alsaq, vəziyyət heç də ürəkaçan
olmaz.
Bəziləri elə düşünür ki, 20 manat cərimə ödəməklə və ya polis onu
saxlayarkən qaçıb canını qurtarmaqla hər şey bitir. Avtosfer.az-ın
təqdimatında bu videoya baxdıqdan sonra yəqin anlaşılar ki, həmin
polislər piyada keçidlərinin yanında dayanıb əhalidən keçiddən
keçməyi tələb edərkən burada məqsəd nədir. Hər halda, o polisləri
daha vacib işlərə cəlb etmək olar, heç onlara da xoş deyil qışın
soyuğunda, yayın istisində keçidlərin yanında dayanıb insanlara
keçid mədəniyyəti öyrətsinlər.
DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə Neftçilər
prospekrində qeydə alınan bu videonu diqqətlə izləyək və bu
gənclərin yolu necə təhlükəli keçdiyinə nəzər salıb bir anlıq
özümüzün də nə vaxtsa bu cür təhlükə ilə üzləşdiyimizi xatırlayaq.
Yəqin, çoxları bu vəziyyəti hər gün yaşayır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR