Azərbaycan əsgəri özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan əsgəri özünü güllələdi

Ayağından güllə yarası alan Əsgər Həbib İsmayılov hospitala yerləşdirilib və hazırda həkimlər vəziyyətini kafi qiymətləndirir

Azərbaycanda əsgər özünü güllələyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində baş verib.

Silahdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarını pozan hərbi hissənin əsgəri, Həbib Bəxtiyar oğlu İsmayılov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Ayağından güllə xəsarəti alan əsgər hərbi hospitala yerləşdirilib. Əsgər Həbib İsmayılov Daşkəsən şəhərindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgərin hazırkı vəziyyəti kafidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm