Ağır qəzaya düşən polis rəisi xəstəxanadan çıxdı
Bizi izləyin

Qırmızı.az

Ağır qəzaya düşən polis rəisi xəstəxanadan çıxdı

Qəzaya düşən Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov artıq iş başındadır.

Bu barədə Axar.az-a Xətai Rayon Polis İdarəsindən bildirdilər.

İdarədən verilən məlumata görə, aprel ayının 4-də Fəhlə prospektində özünün idarə etdiyi avtomobillə qəza törədən polis rəisi polkovnik Ə.İsmayılov artıq bir həftədir ki, iş başındadır.

Bu həftədən etibarən işə çıxan polis rəisinin müayinəsi hələ də davam edir.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov aprel ayının 4-də Fəhlə prospektində özünün idarə etdiyi avtomobillə ağır qəzaya düşmüşdü. Qəzadan sonra o, DİN-in hospitalına yerləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm