Həbsxanaya alt paltarında narkotik keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya alt paltarında narkotik keçirmək istədi

Bakıda 7 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə keçirmək istəyən qadın tutlub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Publika.az-a verilən məlumata görə 7 saylı cəzaçəkmə müəssisəsində 126.2.2 (xuliqanlıq) və digərmaddələrlə cəza çəkən Arif Əliyevin yanına gələn Zeynəb Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı qadının alt paltarından ağ sellofana bükülmüş, çəkisi 4,590 qram olan tiryək və çəkisi 3,038 qram olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm