Qırmızı.az
Təhsil Nazirliyi Universitetin lisenziyasını uzatmadı
Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Universitetin lisenziya müddətinin uzadılmaması, orada təhsil alan tələbələrin başqa ali məktəblərə köçürülməsi barədə qərar verib.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib ki, həmin ali məktəbdə oxuyan 566 tələbə yaxın müddətdə mərkəzləşdirilmiş şəkildə digər ali məktəblərə köçürüləcək. Həmin tələbələrin təhsil xərcləri oxuduqları ali məktəbin təhsil xərcindən yüksək olmayacaq. Cari ilin məzunları isə diplomlarını Azərbaycan İctimai-Siyasi Universitetindən ala biləcəklər.
Universitetin lisenziya müddətinin uzadılmaması barədə qərar bu təhsil müəssisəsində aparılan araşdırmalar nəticəsində verilib. Araşdırmalar zamanı bu özəl təhsil müəssisəsində tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub: "Lisenziyanın geri alınması universiteti ləğv etmək deyil. Qanunvericiliyin mövcud qaydalarındakı standartlara cavab verdiyi təqdirdə universitetə yenidən lisenziya verilməsi məsələsinə baxıla bilər".
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı