• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

15 min abituriyent ixtisas seçib

15 min abituriyent ixtisas seçib

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 2-də başlayıb və bu proses iyulun 10-da saat 23:59-da başa çatacaq.

İxtisas seçimi internet vasitəsilə həyata keçirilir və bu günə kimi müsabiqə şərtlərini ödəmiş 20 minə yaxın abituriyentdən 15 min abituriyent ixtisas seçimi ərizələrini təsdiq etmişlər.

Qeyd edək ki, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur.

Məlumat üçün qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR