Qırmızı.az
Heydər Əliyev Fondundan yeni töhfə
İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start veriləcək. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər proqramı "Azərbaycan ənənələr və gələcək ölkəsi" (Azerbaijan country of traditions and future) şüarı altında keçiriləcək.
Artıq Kann şəhəri və ictimai nəqliyyat Azərbaycanın təqdimat banerləri ilə bəzədilib.
İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkəmizin tarixi
və ənənələrini, eyni zamanda müasir incəsənətini əks etdirən
sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli
mətbəximizdən nümunələr təqdim olunacaq.
"Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə"
(Glimpse from the past. France through the eyes of Azerbaijani
artists), "Azərbaycan ənənələr və gələcək ölkəsi" (Azerbaijan
country of traditions and future), "Nizami Gəncəvi" sərgiləri
iyulun 31-dək Fransa sakinlərinə və turistlərə Azərbaycanın tarixi,
adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı-bir sözlə, ölkə ilə
hərtərəfli tanışlığa imkan verəcək.
Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun "Müasir
dəbdə Azərbaycan cazibəsi" (From tradition to future. Azerbaijan
glamour) layihəsi təqdim ediləcək. İtalyan modelyer Renato
Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün
hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri
və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcək.
Kanndakı Azərbaycan günləri zamanı, həmçinin 2015-ci ildə Bakıda
keçiriləcək 1-ci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir
təşkil olunacaq. Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin 1-ci Avropa
Oyunlarına hazırlığının ölkədən kənarda təqdimatına həsr olunan bu
tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon
keçiriləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Azərbaycanın təbliği
istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və
digər ölkələr, eləcə də bu ölkələrin regionlarında bir sıra
layihələr həyata keçirib. Bu layihələr tarixi və müasir
Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin
möhkəmləndirilməsinə yönəlib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO