4 maşın toqquşdu, süd maşını aşdı
Bizi izləyin

Qırmızı.az

4 maşın toqquşdu, süd maşını aşdı

Bərdə-Ağdam magistral yolunda zəncirvari yol qəzası olub. Qəza zamanı 4 maşın toqquşub.

Bərdə rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, "VAZ 2107" markalı avtomobil Etibar Qədimova məxsus eyni markalı avtomobili arxadan vurub.

Nəticədə idarəetməni itirən sürücü qarşıdakı "VAZ 21099" markalı avtomobilə çırpılıb. Həmin maşın da yolun kənarında dayanan sud maşınını aşırıb. Maşınlara ziyan dəyib.

"VAZ 2107" markalı maşının sürücüsü Etibar Qədimov bədən xəsarətləri alıb. Maşında sıxılmış vəziyyətdə qalan sürücü hadisə şahidlərinin köməkliyilə çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hal-hazırda vəziyyəti orta ağırdır.

Hadisə yerinə gələn yol polisləri qəzanın ötmə əməyiyyatını yerinə yetirərkən baş verdiyini bildirirlər. Qəzanın baş verməsində günahlandırılan digər "VAZ 2107" markalı avtomobilin sürücüsü qaçıb gizləndiyindən onun axtarışları davam etdirilr.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm