Qırmızı.az
"Nida"çı əfv üçün prezidentə müraciət etdi
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Şahin Novruzlunun cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.
Publika.az müraciəti olduğu kimi təqdim edir:
“Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci
il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla
qiymətlərlə bitirmiş və Odlar Yurdu universitetinin maliyyə-kredit
fakultəsində davam etmişəm. Ötən bir il ərzində keşdiyim qısa gənc
həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki,
məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək
üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz
insanpərvərlik və humanizm prinsiplərinə söykənərək məni əfv
etmənizi rica edirəm.
Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın
üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü
olmayacağam.
Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı
dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR