• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Polisin bacısını oğurlamaq istəyən vəhhabilərin məhkəməsi başlayıb

Polisin bacısını oğurlamaq istəyən vəhhabilərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb. Publika.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslər özləri vəkil tutacaqlarını deyiblər. Buna görə də onlar məhkəmədən vaxt verilməsini istəyiblər. Məhkəmənin hazırlıq iclasının davamı iyulun 18-nə təyin olunub. Onlar bu ilin yanvar ayında CM-in 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. İstintaq zamanı təqsirləndirilən şəxslərə 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də ittiham irəli sürülüb.

Nizami Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nüqədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adıçəkilən qadının Quba rayon polis şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.

(http://publika.az/p/29611).

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR