Şamaxıda müsabiqə finalçıları müəyyənləşdirilib
Bizi izləyin

Qırmızı.az

Şamaxıda müsabiqə finalçıları müəyyənləşdirilib

Şamaxının gənc istedadları sentyabr ayında Bakıda keçiriləcək konsertə hazırlaşır

İyulun 10-da Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinin finalçıları və onların musiqi müəllimləri ilə birgə görüş keçirilib. Görüşdə məşhur xanəndə, Azərbaycanın əməkdar müəllimi Qəzənfər Abbasovun iştirakçılar arasında keçirdiyi yeni dinləmələr zamanı müsabiqənin finalına vəsiqə qazanan 13 iştirakçının yekun konsertdə ifa edəcəkləri mahnılar müəyyənləşdirilib.

Müsabiqə iştirakçılarına sentyabr ayında Bakıda keçiriləcək yekun konsertə hazırlaşmaq üçün 2 ay müddət verilib. Bu, əvvəllər heç bir müsabiqənin qalibi olmayan 7-16 yaş arasında Şamaxı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və 17-19 yaş arasında gənclərdir.

Xatırladaq ki, mahnı müsabiqəsi mayın 15-dən start götürüb və müsabiqənin Təşkilat Komitəsi Şamaxıda aidiyyatlı qurumlar, o cümlədən Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Şamaxı Humanitar Kollecində görüşlər keçirib, o cümlədən müsabiqə ilə bağlı yerli icra hakimiyyəti, təhsil və mədəniyyət şöbələri məlumatlandırılıb, müsabiqəyə dair plakatlar paylanılıb və s.təşkilatı işlər gürülüb. İştirakçıların seçim turu isə iyun ayında Şamaxıda keçirilib.

Qeyd edək ki, mahnı müsabiqəsinin məqsədi milli musiqimizin təbliğatı, gənc nəsilə milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması, dəstəklənməsi, yaradıcı potensialının inkişafı və tanıdılmasıdır. Gənc nəslin inkişafı və formalaşmasında milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması və tanıdılması prinsiplərini əsas tutan müsabiqənin təşəbbüskarı millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hər il Şamaxıda Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqələri keçirilir, gənc qiraətçılər üzə çıxarılır və mükafatlandırılır. Elxan Süleymanovun gördüyü işlər çoxşahəlidir və bu haqda ətraflı məlumatı millət vəkilinin rəsmi saytında (www.elkhan-suleymanov.az) əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm