Qırmızı.az
Maşın körpüdən aşdı
Bakının Xətai rayonunda minik maşını
körpüdən aşıb.
ANS PRESS-in məlumatına görə, hadisə Babək
prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki körpüdə qeydə
alınıb.
Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən
“BMW” markalı avtomobilin sürücüsü körpüyə daxil olan zaman
idarəetməni itirərək maşını əvvəlcə körpünün kənarlarındakı
maniyəyə çırpıb. Ancaq sürət yüksək olduğundan avtomobil körpüdən
aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. “BMW”
markalı avtomobilə ciddi ziyan dəyib.
Hadisədən sonra sürücü maşını tərk edərək ərazidən
uzaqlaşıb. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq
yarandığından hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon
Şöbəsinin əməkdaşları gəliblər. Avtomobil evakuator vasitəsi ilə
cərimə meydançasına aparılıb. Yolda nəqliyyatın hərəkəti normala
qayıdıb.
Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində
araşdırma aparılır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO