Arzu Rəhimov Türkiyəyə səfər edib
Bizi izləyin

Qırmızı.az

Arzu Rəhimov Türkiyəyə səfər edib

Arzu Rəhimov Türkiyəyə səfər edib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 7-dən 11-dək Türkiyə Respublikasında səfərdə olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumatda bildirilir ki, səfər Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin dəvəti ilə baş tutub.

Səfər çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti Ankarada səfərbərlik və çağırış idarələrinin fəaliyyəti ilə də tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm