Nazir özünü yandıran əlildən danışdı
Bizi izləyin

Qırmızı.az

Nazir özünü yandıran əlildən danışdı

Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bildirib

Yevlaxda özünü yandıran II qrup əlil Nizami Kərimov gecə saatlarında paytaxta gətirilib.

Aldığı yanıq xəsarətlərinin ağır olduğundan o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlər hazırda özünü yandıran əlilin vəziyyətininin orta ağır olduğunu deyir.

Qeyd edək ki, Nizami Kərimov ötən gün Yevlax rayonunda əhalinin Sosial Müdafiəsi Mərkəzinn qarşısında üzərinə benzin tökərək yandırmışdı. Bu yola əl atmasına səbəb kimi isə onun ünvanlı sosial yardım ala bilməməsi göstərilib.

Hadisə ilə bağlı ANS-ə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm