Yük avtomobilləri toqquşdu: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Yük avtomobilləri toqquşdu: 1 ölü, 1 yaralı

Bakıda iki yük avtomobili toqquşub, ölən və yaralanan var.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 14-ü saat 13:15 radələrində, Xəzər rayonu Qala-Pirallahı yolunda Bakı şəhər sakinləri –1963-cü il təvəllüdlü Telman Quliyevin idarə etdiyi "Zil" markalı və 1980-cı il təvəllüdlü Rəvan Mirəliyevin idarə etdiyi "İsuzu" markalı yük avtomobilləri toqquşub.

Nəticədə "İsuzu"nun sürücüsü R.Mirəliyev hadisə yerində ölüb, sərnişini 1986-cı il təvəllüdlü Teymur Bayramov 3 saylı xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm