Şəkidəki həbsxana kompleksinin 6 işçisi narkotiklə tutulub?
Bizi izləyin

Qırmızı.az

Şəkidəki həbsxana kompleksinin 6 işçisi narkotiklə tutulub?

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları antinarkotik əməliyyatı keçiriblər.


Musavat.com-a daxil olan məlumata görə, “500” adlı kafedə keçirilən əməliyyat zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəkidə yerləşən həbsxana kompleksinin işçiləri saxlanıb. Tutulanlar 6 nəfərdir. Onlardan narkotik vasitələr götürülüb.


Musavat.com-un əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinə sorğu ilə müraciət edib.

Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bildirib ki, həmin əməliyyat zamanı tutulanlardan biri əvvəllər Şəkidəki həbsxana kompleksinin işçisi olub.


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Xəzər Cəbrayılov isə musavat.com-a əməliyyatın keçirildiyini təsdiqləyib. O, bildirib ki, istintaq sirri olduğundan hələlik saxlanılan şəxslərin kimliyi haqda məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm