• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

BDU-nun tələbəsi özünü öldürmək istədi

BDU-nun tələbəsi özünü öldürmək istədi

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Qubadakı təcrübə mərkəzinə təlim-tədrisə aparılan tələbələrdən biri intihara cəhd edib.
AzNews.az-ın məlumatına görə, təcrübə qurupuna fakültənin müəllimi, onurğalılar zoologiyası və bioekologiya kafedrasının dosenti Əbülfəz Tağıyev rəhbərlik edib. Hadisə isə iyulun 15-də saat 11.00-12.00 radələrində baş verib.



Müəllim Əbülfəz Tağıyev tələbə Şəhriyar Axundovun təcrübəyə gəlməsinə etiraz edib və tələbənin ürəyində problem olduğunu əsas gətirib.
Müəllimindən tələbələr qarşısında belə bir fikir eşidən Ş. Axundov qrupdan ayrılaraq uzaqlaşıb.

Bundan sonra həmin tələbəni təcrübə mərkəzinin ərazisində tapmaq olmayıb. Bütün gecəni davam edən axtarışlara müəllimin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti də cəlb edilib.
FHN əməkdaşları Ş. Axundovu təcrübə mərkəzinin yaxınlığındakı gölün kənarında tapıblar. Xilasedicilər onun intihar etməsinin qarşısını da alıblar. FHN əməkdaşlarının dediyinə görə, tələbə damarlarını kəsmək istəsə də, xilasedicilər vaxtında hadisə yerinə çataraq, buna imkan verməyiblər.



Müəllim Əbülfəz Tağıyev isə bildirib ki, tələbəni təhqir etməsi haqda deyilənlər şantaj və böhtan xarakterli məlumatlardır: “Tələbə tədris mərkəzindən qaçıb və intihar etməyə cəhd edib. Mən Universitetin dosentiyəm və İTV-də "Azərbaycan təbiəti" verilişinin aparıcısıyam.



Əslində, tələbə Axundov Şəhriyar epilepsiya xəstəsidir və o, təcrübəyə gələn gündən 7 dəfə təcili yardıma müraciət etməli olmuşuq. Dünən Şahdağ Milli Qoruğuna ekskursiya etmək istəyirdik. Amma Şəhriyar Axundovun ora getməsini istəmədim. Bu fikrimi tələbə yoldaşları da müdafiə etdi. Səhhəti ilə bağlı narahatlığım olduğundan Şəhriyarın Şahdağ Milli Qoruğuna getməsinə icazə verə bilməzdim. Baxmayaraq ki, həmin qrupun rəhbəri mən deyiləm. Amma Şəhriyar təhkid etdi və özünü öldürəcəyi ilə hədələdi. Bir qədər keçdikdən sonra o dağlara tərəf qaçmağa başladı. Müəllim heyəti ilə onun axtarışını aparsaq da, tələbəni tapa bilmədik. Dərhal Quba rayon Polis Şöbəsinə müraciət etdik. Hadisə yerinə polis əməkdaşları da gəldilər”.


Ə. Tağıyev qeyd edib ki, Ş. Axundov meşədən ağır vəziyyətdə tapılaraq xəstəxanaya gətirildi: “Çünki o, intihar etmək üçün özünə iynə vurmuşdu. Xəstəxanaya tələbənin valideyinləri də gəldilər. Hadisə bu cür baş verib və mən heç bir tələbəmə qarşı hər hansı bir kobud rəftar etməmişəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR