Təmas xəttini keçən erməninin kimliyi məlum olub
Bizi izləyin

Qırmızı.az

Təmas xəttini keçən erməninin kimliyi məlum olub

Bu gün qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin kimliyi məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov açıqlamasında bildirib ki, təmas xəttini keçən şəxs mülkü şəxs olub.

Bu gün qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin kimliyi məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov açıqlamasında bildirib ki, təmas xəttini keçən şəxs mülkü şəxs olub. Onun adı Xocayan Mamika Tiqranoviçdir.

Dövlət Komissiyasında olan rəsmi məlumata görə, şəxsin təxminən 60-65 yaşlarında olduğu bildirilir. Şahin Sayılov mülkü şəxsin üzərində hər hansı bir silahın olmadığını deyib.

Qeyd edək ki, bu gün saat 16 radələrində Tovuz rayonu istiqamətinə Ermənistan tərəfdən keçən erməni saxlanılıb. Həmin şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutulub. Ərazidəki hərbçilər həmin şəxsi tutaraq aparıblar.

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Təkcə ötən gecə cəbhə xəttində atəş 196 dəfə pozulub. Azərbaycan Ordusunun kapitanı Cəfərov Elnur Cəfər oğlu və leytenantı Əzizov Səbuhi Rüstəm oğlu şəhid olub. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm