"İki manatlıq" qətl - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

"İki manatlıq" qətl - TƏFƏRRÜAT

Sabunçu rayonunda 50 yaşlı kişini tamah məqsədilə öldürüb, sonra da əynindəki qana bulaşmış paltarını zibilliyə atan 23 yaşlı gəncin məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, 2014-cü il mayın 10-da 50 yaşlı Lənkəran rayon sakini İltifat Mehrəliyev yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki mənzilində ölü tapılıb. Bakıda zibilyığan avtomobillərində fəhlə işləyən İ. Mehrəliyevin mənzilində kəskin iy hiss edən qonşular polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və ekspertlər meyitə baxış keçiriblər. Meyitin baş və boyun nahiyəsində xəsarətlər aşkarlayaraq qəsdən öldürüldüyünü təsdiq ediblər. Beləliklə, axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməliyyatçıları hadisəni törədən 23 yaşlı Turqay Bədəlovu tutublar. Əməlini etiraf edən T.Bədəlov barəsində Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Beləliklə, Sabunçu rayon məhkəməsində keçirilən prosesdə 23 yaşlı Gürcüstan Respublikasının 23 yaşlı vətəndaşı Turqay Bədəlov hakim qarşısında ifadə verib.

“Onunla qeyri-təbii yolla cinsi əlaqədə olurdum”

Gürcüstan Resbublikasında anadan olan, paytaxtın Nərimanov rayonunda kirayə yaşayan T.Bədəlov dindirilərkən mərhumla tanışlığından danışıb:

“Bizim münasibətlərimiz dostluqdan başladı. Arada yaş fərqinin olmasına baxmayaraq, dost idik, onun evində yeyib-içirdik. Sonra onun qeyri-normal olduğunu hiss edib, tez-tez görüşlərin sayını artırmağa başladım. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olurdum”.

“Üst-başım qan içində idi”

Qətlin baş verməsinə gəlincə, T.Bədəlov bildirib ki, hadisədən bir gün əvvəl yenə də İltifat Mehrəliyevin evinə gedib. Yeyib-içdikdən sonra söhbət əsnasında onun külli miqdarda pulunun olduğunu hiss edib. Səhəri gün hazırlıqlı şəkildə yenidən İ.Mehralıyevin evinə gəlib və çirkin niyyətini həyata keçirib:

“Hadisədən bir gün əvvəl onlarda yeyib-içəndə söhbət əsnasında puldan danışdı və rayona gedəcəyini bildirdi. Onda hiss etdim ki, çoxlu pulu olar. Beləliklə, evə girər-girməz stulu götürüb başına çırpdım. Yıxıldı yerə. Sonra da qaz açarı ilə başına və kürəyinə zərbələr endirdim. Əlimə keçən bıçaqla onun boynunun arxasından, boğazından və qarnından vurdum. Öldüyünü görüb, evi axtarmağa başladım. Amma əlimə heç nə keçmədi. Sən demə, məsələ mən düşündüyüm kimi deyilmiş. Evdən ancaq 2 manat pul və onun köhnə mobil telefonunu götürə bildim. Üst-başım qanın içində idi. Paltarımı elə orda dəyişdim. Qanlı köynəyimi zibil qutusuna atdım, şalvarı isə avtovağzal ərazisinə tullayıb, çıxıb getdim”.

“Atamda heç vaxt seksual xarakterli hərəkətlər müşahidə edilməyib”

Məhkəmədə şahid qismində ifadə verən mərhum İ.Mehrəliyevin oğlu Əlyar Mehrəliyev, ümumiyyətlə, hadisədən polisin vasitəsilə xəbər tutduğunu, aldığı xəbərdən şoka düşdüyünü bildirdi. Onun sözlərinə görə, atasının yaşadığı mənzilə gələrkən meyitin yanında cinayətdə istifadə olunan bıçağı görüb. Atası ilə bağlı faktlara gəlincə, müttəhimin fikri ilə qətiyyən razilaşmayan Ə.Mehrəliyev onu qərəzli fikirlər söyləməkdə ittiham etdi. Bildirdi ki, atasında heç vaxt seksual xarakterli hərəkətlər müşahidə edilməyib: “Sadəcə, atam bizimlə yaşamaq istəmirdi. Tək yaşamağa üstünlük verirdi. Onun öz aləmi vardı. Amma mən də, 5 bacım da tez-tez gəlib ona baş cəkirdik. Sonuncu dəfə atamla hadisədən 10 gün əvvəl görüşmüşəm”,- deyə bildirib.

Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm