Təhsil naziri Koreyanın Elm və Texnologiya İnstitunun nümayəndələri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri Koreyanın Elm və Texnologiya İnstitunun nümayəndələri ilə görüşüb

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea Advanced Institute of Science and Technology) İnstitutunun nümayəndə heyətini qəbul edib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea Advanced Institute of Science and Technology) İnstitutunun nümayəndə heyətini qəbul edib.

Publika.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə KAIST ilə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in də iştirak ediblər.

Qeyd edək ki, 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat universiteti kimi qurulan KAIST 40 ildən çoxdur ki, bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm