• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Damdan cəsəd düşdü (FOTO)

Damdan cəsəd düşdü (FOTO)

Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından günlər keçdikcə qəza ilə bağlı tükürpədici detallar üzə çıxır. ANS PRESS-in məlumatına görə, Ukraynada vurulan təyyarə 10 min metr hündürlükdə vurulub.

Partlayan təyyarənin qalıqları 15-km radisuda səpələnib. Təyyarədəki sərnişinlərin bəzilərinin cəsədlər hətta evlərin içinə düşüblər. Evinə cəsəd düşənlərdən biridə İrina Tipunovadır. 65 yaşlı qəza günü yaşadıqlarını belə danışıb: "Qorxunç bir səs eşitdim və ətrafdakı hər şey silkələndi. Daha sonra göy üzündən hissələr yağmağa başladı. Bu zaman yataq otağının tavanından bir qadın cəsədi düz evin ortasına düşdü. Tavanda nəhəng dəlik yarandı".

Qadının sözlərinə görə, evinə düşən qadın sərnişinə məxsus cəsəd hələ də yataq otağındadır. Çünki ona mütəxəssislər cəsədə toxunmamağı, araşdırma aparmaq üçün özlərinin gələcəyini deyiblər.

Digər bir detal isə təyyarəni vurmaqda ittiham edilən separatçı lider İqor Girkin tərəfindən səsləndiirlib. O, cəsədlərinin bir çoxunun qanının çəkildiyini, buna görə də onların çoxunun təyyarə havaya qalxmadan öncə ölmüş ola biləcəyini deyib.

Başqa bir iddia isə Ukrayna hökuməti tərəfindən səsləndirilib. Yazılı açıqlamada dəlilləri yox etmək üçün hadisə yerindən 38 cəsədin oğurlandığı bildirilir.

Qeyd edək ki, bu vaxta qədər 186 sərnişinin cəsədi tapılıb. Təyyarədə isə ümumilikdə 298 nəfər olub.























Xəbər lenti

DAHA ÇOX XƏBƏR