Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı
Bizi izləyin

Qırmızı.az

Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

Bərdə rayon Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib.

Kənd sakinin özünü yandırma səbəbi hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və onun vəziyyətinin ağır olduğu bildirilir.

Bərdə Rayon İcra Hakimiyyətindən isə hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər. Bərdə rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyiblər. Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən verilən məlumta görə, özünü yandıran Alpoud sakini yanıq xəsarətləri ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. / (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm