Qızdan məhbus nişanlısına qeyri-adi sovqat
Bizi izləyin

Qırmızı.az

Qızdan məhbus nişanlısına qeyri-adi sovqat

Bakı İstintaq təcridxanasına üz kreminin içində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Çingiz Oktay oğlu Cəfərova nişanlısı vətəndaş Ülviyyə Fəxrəddin qızı Qədirovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Arko" üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Çingiz Cəfərov Cinayət Məcəlləsinin 206.4; 234.4.1 və 234.4.3 maddələrinə əsasən həbs olunub.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm