Nazirlik ağac kəsəni 14 min manat cərimələdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik ağac kəsəni 14 min manat cərimələdi

Nazirlik ağac kəsəni 14 min manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında ağacların qanunsuz kəsilməsi barədə vətəndaş Kamal Əli və Sənan Həsənov tərəfindən şikayətlər daxil olub.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, şikayətlə əlaqədar Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib.

Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə sərv ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldlığı aşkar edilib.

Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində cərimə olunub.

Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm