Maye qaz maşını partladı: 70 yaralı
Bizi izləyin

Qırmızı.az

Maye qaz maşını partladı: 70 yaralı

Türkiyədə maye qaz yüklü tanker aşaraq partlayıb. ANS PRESS-in xəbərinə görə, hadisə Diyarbəkir – Bingöl magistral yolunda baş verib.

Məlumata görə, magistral yolun 90-cı kilometrliyində aşan tanker yanmağa başlayıb. Yanğın nəticəsində tankerdə güclü partlayış baş verib. Partlayışın şiddətindən yoldan keçən 2 sərnişin avtobusu ilə digər avtomobillərdə olan 70-ə yaxın sərnişin yaralanıb. Yaralılardan 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Tankerin sürücüsü partlayış baş vermədən əvvəl yoldan keçənlər tərəfindən maşından çıxarıldığından qəzada ölən olmayıb.

Hadisə yerinə çox sayda təcili yardım avtomobili ilə ambulans –helikopter cəlb olunub. Yaralılar yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm