• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycan səmasında şəxsi helikopterlər- ARAŞDIRMA

Azərbaycan səmasında şəxsi helikopterlər- ARAŞDIRMA

Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi helikopterlərə malikdirlər. Dəyəri milyonca dollarla ölçülən şəxsi helikopterlər bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.

Dünyanın böyük ölkələri ilə yanaşı, ölkəmizdə də gündəlik rast gəlinən tıxaclar bu nəqliyyat vasitəsinə ehtiyacı artırır. Daha çox iş adamları, biznesmenlər mənzil başına vaxtında çatmaq üçün şəxsi helikopterlərdən istifadə edilər. İnsanlar hər gün avtobus, metrolarda əziyyət çəkdiyi halda biznesmenlər işə helikopterlərlə gedib-gəlirlər.Hətta bunun üçün öz biznes binalarında və şəxsi mülklərində helikopterin enib-qalxamsı üçün meydança düzəldənlərdə az deyil. Ölkəmizdə də bir neçə binanın və otelin üzərinə helikopterin enməsi üçün yerlərin olması sirr deyil.

Türkiyədə helikopteri olan iş adamları az deyil.

Onlardan Əli Ağaoğlu qiyməti 6 milyon dollardan başlayan Bell-430 helikopterlərindən istifadə edir. Hazırda bu helikopterin istehsalı dayandırılıb. Bu biznesmen bütün inşaat işlərini havadan müşahidə edir. Məhz Bell-430 modeli olan helikopterlərdən istifadə edən iş adamları sırasına Zorlu Holdinqin sahibi Ahmet Nazif Zorlu və Hattat Holdinqin idarəçi prezidenti Mehmet Hattat da daxildir. Kale qrupun prezidenti İbrahim Bodur da şəxsi helikopterdən istifadə edən iş adamıdır.Doğuş Holdinqin rəhbəri Ferid Şahenk iş yerlərinə özünəməxsus BELL-407 model helikopteri ilə gedib-gəlir. Bu helikopterin qiyməti 3 milyon dollardan başlayır. Digər türk iş adamı Başarı Holdinqin prezidenti Ferda Yıldız şirkətə məxsus Kaan Air-in helikopterlərindən istifadə edir. Şirkətin 6 helikopteri var: 4 ədəd Agusta-A119, Enstrom-480B və AW-109SP


Ölkəyə yeni helikoterlər gətirilib

Ölkəmizin əsas uçuş məkanı olan AZAL şirkəti də bir neçə il öncə yeni helikopterlər alıb. Belə ki, "AgustaWestland" “Azərbaycan Hava Yolları” QSC ilə 10 helikopterin satışı ilə bağlı razılaşma əldə etmişdi. Razılaşmaya əsasən şirkət Azərbaycana 8 ədəd "AW139" və 2 ədəd "AW-189s" helikopteri satıb. Müqavilənin dəyəri 15 mln. Avro idi. Alınan helikopterlər daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunur.
Ümumiyyətlə son illər Azərbaycanın müxtəlif qurumları tərəfindən Rusiyadan 10-dan artıq “Mi-17" modifikasiyalı helikopter alınaraq ölkəyə gətirilib. Bu helikopterlər də yuxarıda qeyd etdiyimiz işlər üçün gətirilib.

Bəs şəxsi helikopterlər?

Ölkəmizdə əsas uçuşların yerin yetirildiyi “Azərbaycan Hava Yolları” QSC-dən onların balansında şəxsi helikopterlərin olub-olmadığını öyrəndik. Bununla bağlı AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli Teleqraf.com-a açıqlamasında bildirib ki, ölkədə bir neçə ədəd şəxsi helikopter var. Onların sayına gəlincə, Azal rəsmisi “Bunu deyə bilmərik”- deyə vurğulayıb.

Bu helikopterlərdən istifadə üçün müraciət edənlərin olmasına gəlincə, M.Səfərli bu barədə məlumat verə bilməyəcəyini deyib.

“Bununla bağlı heç bir müraciət daxil olmayıb”-deyə Azal-ın xidmət rəisi vurğulayıb.

Ölkəmizdə mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi istiqamətində addım atılıb. Belə ki, bununla bağlı "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" üzərində işlər gedir. Bu qanun qüvvəyə minəndən sonra Azərbaycanda da imkanlı adamlar helikopterlər ala biləcəklər. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) Teleqraf.com saytına bildiriblər ki, bu qanunla bağlı gedən işlər haqqında və onların qeydiyyatında şəxsi helikopterin olub-olmaması ilə bağlı məsələlərə yaxın vaxtlarda saytımıza cavab verəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR