Həkimlərin şikəst etdiyi qıza 39,7 milyon dollar ödənəcək - FOTO
Bizi izləyin

Qırmızı.az

Həkimlərin şikəst etdiyi qıza 39,7 milyon dollar ödənəcək - FOTO

13 yaşlı Mayşa Nəcib 39,777 milyon dollar məbləğində təzminat alacaq. Onunla bağlı məhkəmə prosesi Mayşanın xeyrinə çıxarılmış hökmlə başa çatıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya vətəndaşı,13 yaşlı Mayşa Nəcib nadir xəstəliyə mübtəladır. Onun beynində vena və arteriyalar qarışdığından sürəkli qanaxmalar olur.

Great Ormond Street Hospital-da aparılan əməliyyatda Mayşanın beynindəki qanaxmaların qarşısının alınması üçün ona inyeksiya vurulub. Lakin həkimlər dərman əvəzinə qızın vücuduna yapışqan vurublar və nəticədə Mayşa komaya düşüb.

Onun beynində ağır fəsadlar yaranıb, beyin qılafı zədələnib. İngiltərənin Esseks qraflığındakı Aylford şəhərində yaşayan Mayşanın valideynləri də hospitalı məhkəməyə vermişdilər.


Məhkəmənin qərarına görə, Mayşa Nəcibin ailəsinə birdəfəlik olaraq 3,6 milyon dollar ödənəcək. 39,777 milyon dollarlıq təzminatın yerdə qalan hissəsi isə qıza ömrünün sonunadək ödənəcək.


2010-cu ildə, 10 yaşı olanda xəstəxanaya aparılmış Mayşanın beynindəki damarlarda qanaxma yerlərini müəyyənləşdirmək üçün həkimlər ona tamamilə zərərsiz tibbi boya inyeksiyası vurmaq qərarına gələrək embolizasiya əməliyyatı aparıblar. Lakin dərman preparatı ilə yapışqan səhv salınıb və nəticədə Maya şikəst qalıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm