Qırmızı.az
Əlilliyi olan gənc sahibkarlara dəstək
24 iyulda Qəbələ rayonunda “Sosial İqtisadi İnkişafa Dəstək” ictimai birliyi və “World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi əlilliyi olan 10 gəncə müxtəlif istiqamətlərdə sahibkarlığın inkişafı və fərdi biznesin qurulması üçün avadanlıqların verilməsi mərasimini keçirib.
“World Vision International” humanitar təşkilatının “Əlilliyi Olan Şəxslərin Həyatında Müsbət Dəyişikliklər” layihəsi çərçivəsində Azərbaycanın Şimal-Qərb regionunda əlilliyi olan şəxslər üçün “Biznesin Qurulması Xidməti Təlimləri” həyata keçirilib. Qəbələ, Qax, Oğuz və Şəki şəhərlərində ümumilikdə 87 əlilliyi olan gənc fərdi sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznes planlarının hazırlanması, sahibkarlıq fəaliyyəti və xidmətin təşkili haqqında ilkin məlumatlar alıb.
Təlimlərin yekununda əlilliyi olan gənclərin biznes təkliflərinə baxılıb. “World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyindəki seçim komissiyası tərəfindən Qəbələ rayonundan təqdim olunmuş 21 (iyirmi bir) biznes təklifindən 10 (on) təklif dəstəklədi. Dəstəklənən biznes təkliflərinin 6 nəfəri Qəbələ şəhərindən, 1 nəfəri Bum qəsəbəsindən, 1 nəfəri Vəndam qəsəbəsindən, 1 nəfəri Həmzəlli kəndindən və 1 nəfəri Dızaxlı kəndindən olan gənclərin təklifləridir.
Seçilən təkliflərin 2 nəfəri mühasibatlıq, 1 nəfəri hüquqşünas, 2 nəfəri kompyuter proqramlarının tədrisi, 1 nəfəri mebel sexinin təkmilləşdirilməsi, 1 nəfər avtomobil təmiri sexinin genişləndirilməsi, 2 nəfəri plastik sexinin genişləndirilməsi, 1 nəfəri səyyar qaynaq xidmətinin göstərilməsi istiqamətində olub.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi