Qırmızı.az
QMİ-dən sərt Qəzza bəyanatı
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qəzzada törədilən qırğınlarla
bağlı sərt bəyanat qəbul edib.
Publika.az-ın məlumatına görə, bu gün Qafqaz Müsəlmanları
İdarəsində Beynəlxalq Qüds Günü ulə bağlı geniş tərkibli konfrans
keçirilib. Konfransda İslam ölkələrinin Azərbaycandakı səfirləri,
ölkədəki müxtəlif dini icmaların liderləri və başqaları iştirak
ediblər.
Konfransda QMİ adından bəyanat qəbul edilib. Bəyanatda deyilir ki,
ilahi hikmətə görə, əzəmət sahibi olan peyğəmbərlər yadigarı,
Xatəmül-Ənbiya Peyğəmbərimizin (S) Meraca yüksəldiyi Qüdsi-Şərif və
ətrafındakı mübarək torpaqlar bütün səmavi dinlərin ardıcıllarının
bir araya gəldiyi məkan olaraq qərar verilib. Lakin bu gün Qüds
Qəzza üçün qan ağlayır. Müqəddəs torpaqlarda Uca Yaradanımızın
nazil etdiyi dinlərin mənəvi hökmləri, əxlaqi dəyərləri ilə bir
araya sığmayan əməllər törədilir: "Qəzzada baş verənlər nəinki
müsəlmanları, dilindən, irqindən, dinindən asılı olmayaraq,
ürəyində Allah rəhmi olan hər bir bəşər övladını dəhşətə gətirir.
Dünya ictimaiyyətinin gözü qarşısında cərəyan edən Qəzza faciəsi
heç kimsəni biganə qoya bilməz".
Bəyanatda bildirilir ki, Qarabağ müharibəsinin, Xocalı soyqırımının
ağrısını yaşamış biz azərbaycanlılar Qəzza əhalisinə qarşı aqressiv
əməlləri hiddətlə qarşılayır, bütün beynəlxalq ictimaiyyəti
dünyamızın əmin-amanlığı və sabitliyinin qorunub saxlanılması,
məzhəblər, dinlərarası qarşıdurmanın qarşısının alınması naminə
Yaxın Şərqdə baş verən faciələrə son qoymağa çağırırıq: "Hesab
edirik ki, Qəzzada, İraqda, Suriyada və digər qaynar nöqtələrdə
faciələr dayandırılmalıdır. İslam adından sui-istifadə edilərək
törədilən, lakin İslama heç bir aidiyyəti olmayan qanlı olaylar -
qondarma İŞİD-in Suriya və İraqda həyata keçirdiyi hərbi
cinayətlər, müsəlmanların, xristianların qətlə yetirilməsi, məzhəb
ayrı-seçkiliyinin qızışdırılması, türkmanlara qarşı etnik təmizləmə
siyasətinin yeridilməsi bütün bəşəriyyətə qarşı cinayətdir.
Halbuki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə
qarşı ən böyük günah kimi dəyərləndirir".
Qeyd olunur ki, QMİ son dövrlərdə Yaxın Şərqdə cərəyan edən qanlı
hadisələr - qardaş qırğınları və təxribatlarla bağlı birmənalı
şəkildə bəyan edir ki, heç bir ideoloji hədəf və ya siyasi ambisiya
dinc əhalinin qırğınına, nahaq qanların tökülməsinə, yaşayış
yerlərinin, müqəddəs ziyarətgahların dağıdılmasına haqq qazandıra
bilməz. Dünya mədəniyyətinin nadir sənət inciləri, tarixi-dini
abidələr, məscidlər və kilsələr bombalanır, müqəddəs məkanlar yerlə
yeksan edilir. Bu, böyük qarşıdurmaya gətirib çıxarar, yeni qisas
və faciələrin əsasını qoya bilər: "Bu gün Qəzzada baş verən qanlı
hadisələr hər birimizi son dərəcə narahat edir. Hər gün yüzlərlə
müsəlman qətlə yetirilir, uşaqlar yetim qalır, qocalara, qadınlara
belə mərhəmət göstərilmir. Bu müsibətlərin sona yetməsi üçün
Qəzzada döyüşlərin dərhal dayandırılmasını, getdikcə daha çox sayda
insanın həyatını məhv edən terror hadisələrinə, İsrail hərbi
qüvvələri, sionistlər və onları dəstəkləyənlər tərəfindən həyata
keçirilən qətllərə son qoyulmasını, böyük tarixi və dini önəm kəsb
edən bu torpaqlarda sülh və əmniyyətin bərqərar olması üçün
dövlətlərin, beynəlxalq və ictimai təşkilatların səylərinin
birləşdirilməsini qətiyyətlə tələb edirik. Müqəddəs Qurani-Kərimdə
buyurulduğu kimi: "Yer üzü düzəldikdən sonra orada fəsad
törətməyin..." (əl-Əraf, 56). Günahsız insan qanını axıdanlar,
onlara havadarlıq edənlər, terrora haqq qazandıranlar, gec və ya
tez, mütləq Yaradan və cəmiyyət qarşısında cavab verəcəklər,
inşallah!"
Konfransda İraq və İranın Azərbaycandakı səfirləri, o cümlədən
Azərbaycandakı dini icmaların rəhbərləri çıxış edərək İsrailin
Fələstin xalqına qarşı törətdiyi qətlləri, xüsusən uşaqları hədəf
almasını sərt şəkildə pisləyiblər. Çıxış edənlər tərəfləri sülh
əldə etməyə çağırıb, məhz sülhün regionun inkişafına gətirib
çıxaracağını qeyd ediblər.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO