Ermənilərin yaraladığı Tovuz sakini əməliyyat olunur
Bizi izləyin

Qırmızı.az

Ermənilərin yaraladığı Tovuz sakini əməliyyat olunur

Ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyata götürülb. Bu barədə Publika.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilib ki, dünən axşam saatlarında xəstəxanaya gətirilən F.Məmmədova ilkin yardım göstərilib. Artıq əməliyyata götürülüb.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə, kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Fərid Məmmədovun çənəsindən dəyən güllə yarası onun üz nahiyəsini dağıdıb. O, vəziyyəti ilə əlaqədar Bakıya gətirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm