Həsən Həsənovun qardaşı: “Bu cür şəkillərin yayılmasına ehtiyac yoxdur”
Bizi izləyin

Qırmızı.az

Həsən Həsənovun qardaşı: “Bu cür şəkillərin yayılmasına ehtiyac yoxdur”

Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət əsasında Həsənin şəklini bizə göstəriblər. Həmin şəkilə baxdıq, o, qardaşımın bütün əlamətlərinə uyğun gəlir. Bu sözləri Publika.az-a açıqlamasında Həsən Həsənovun qardaşı Nail Həsənov deyib.

O, mətbuatda bu məsələ ilə bağlı yanlış məlumatın yayılmasının düzgün olmadığını deyib:

“Mətbuatda mənim adımdan yanlış məlumatlar yazılıb. Guya, mən Həsənlə bağlı qaranlıq məsələlərin olduğunu demişəm. Mən sadəcə bildirmişəm ki, hər ehtimala qarşı meyit identifikasiya ediləcək. Bütün ailə üzvlərimiz şəklə baxan kimi onun Həsənin meyiti olduğunu təsdiq etmişik. Həsənin Kəlbəcərə getməsi barədə atama deməmişdik, lakin artıq gizlədə bilmədik. Şəkli ona da göstərdik, o da təsdiqlədi”.

N.Həsənov mətbuatda Həsənə aid olmayan şəkillərin yayılmasının düzgün olmadığını deyib:

“Həsənin şəkli kimi yayılmış görüntüləri iki-üç il əvvəl özüm görmüşəm. Onlar Həsənin şəkli deyil. Mətbuatda yeni məlumat kimi yayılıb, amma yalan məlumatdır. Bu cür şəkillərin yayılmasına ehtiyac yoxdur”.

Onun sözlərinə görə, hazırda BQXK-nin Xankəndi ofisi Qondarma Dağlıq Qarabağ nümayəndələri ilə danışıqlar aparır. Onlarla razılıq əldə olunandan sonra meyit geri qaytarılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm