Rövşən Lənkəranskinin düşməni Rusiyaya təhvil verildi –Video
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranskinin düşməni Rusiyaya təhvil verildi –Video

Birləşmiş Ərəb Əmirlikləri məşhur qanuni oğru Vladimir Vaqini Rusiyaya təhvil verib.

Publika.az xəbər verir ki, Vaqon ləqəbli kriminal avtoritet 2009-cu ildən İnterpol xətti ilə axtarışda idi. O, həmin ilin martında Nijni-Novqorod kafelərinin birində qafqazlılarla dalaşaraq onlardan birini bıçaqla ağır yaralamışdı. Federal axtarışa verilən Vaqin həmin vaxt Dubaya uçaraq həbsdən yaxasını qurtara bilmişdi.

Onun təhvil verilməsi üçün Rusiya BƏƏ-yə hələ 2010-cu ildə sorğu göndərib. Lakin Vaqinin vəkilləri Dubay məhkəməsinə guya onun xəstə olması barədə saxta sənəd təqdim ediblər. Həbsdən müvəqqəti azad olan Vaqin yenidən qaçıb gizlənmişdi.

İndi isə, üstündən 4 il keçdikdən sonra Dubay polisinin yenidən həbs etdiyi Vaqon Rusiyaya ekstradisiya edilib.

Qeyd edək ki, Vaqin həmyerlimiz Rövşən Lənkəranskiyə düşmən olan Aslan Usoyanın (Ded Xasan) klanındandır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm