• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Virusa yoluxan heyvanların sayı azalır

Virusa yoluxan heyvanların sayı azalır

Hazırda “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 80 baş heyvan müalicə altındadır. Xəstəliyə yoluxma hallarında azalma müşahidə edilir.

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

“Əvvəl müalicə olunan heyvanların sayı 85-90 baş idisə, indi bu rəqəm azalıb. Vəziyyət tam nəzarətdədir. Digər rayonlarda virusa yoluxma halı müşahidə edilməyib. Virusun yayıldığı 4 rayonda isə artım müşahidə edilmir. Virusdan ölum halı qeydə alınmayıb”.

Xatırladaq ki, “Nodulyar dermatit” xəstəliyi İran, Türkiyə və İraqda yayılıb. Qansoran həşəratlar vasitəsilə yayılan virus qısa zamanda heyvanlar arasında sürətlə yayılır. Virus heyvandan insana keçmir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR