• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Akif Nağı: “Müharibədə matəm olmur”

Akif Nağı: “Müharibədə matəm olmur”

Avqustun 1-də gecə saatlarında Ermənistan tərəfin atəşkəsi pozması və nəticədə bir neçə əsgərimizin şəhid olması ilə bağlı QAT bəyanat yaydı. Bəyanatda deyilir:

“Cəbhə xəttində vəziyyətin gərginləşməsi, əsgərlərimizin həlak olması ilə bağlı xəbərlər artıq ciddi nəticələrin çıxarılmasını, qətiyyətli addımların atılmasını zəruri edir. 11 nəfərin həlak olması artıq əsl müharibədən xəbər verir. Düşmən torpaqlarımızdan geri çəkilmək istəmir, mütəmadi olaraq atəşkəsi pozur, hətta Azərbaycana qarşı hücum və diversiya-kəşfiyyat xarakterli hərəkətlərdən də çəkinmir. Dünya birliyi, beynəlxalq təşkilatlar da bu gün işğalçı dövlətlərə qarşı daha obyektiv mövqe tutmağa çalışır, Ukraynaya qarşı Rusiyanın işğalçılığını, Fələstinə qarşı İsrailin işğalçı hərəkətlərini pisləyir. Belə şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə, işğalçı dövlətə qarşı hərbi əməliyyatlara tam haqla başlaya və ciddi nəticələrə nail ola bilər. Indi beynəlxalq hüquq və beynəlxalq şərait Azərbaycanın tərəfindədir.

İşğalçı Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması, ölkəmizin içərilərinə doğru irəliləmək cəhdləri, əsgərlərimizi qətlə yetirməsi, dinc sakinləri girov götürməsi, girovları öldürməsi və meyitləri geri qaytarmaq istəməməsi - bütün bunlar bizə tam əsas verir ki, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlayaq. Biz Azərbaycan hakimiyyətindən müharibənin başlanılmasını tələb edirik. Indi ən əlverişli məqam yaranıb. Bu məqamdan istifadə olunmalıdır”!

Məsələ ilə bağlı Publika. az- a açıqlama verən təşkilat sədri Akif Nağı Ermənistan tərəfin bu hərəkətini qəti şəkildə pisləyərək müharibəyə başlamağın vacibliyini vurğulayıb.

Akif Nağının sözlərinə görə, belə bir vəziyyətdə ölkədə matəm elan etmək yox, müharibəyə başlamaq lazımdır:

“Bəzi KİV-lərdə matəm çağırışları gəlir. Amma mən hesab edirəm ki, matəmə ehtiyac yoxdur, müharibədə matəm olmur. Qəti addımlar atmaq, müharibəyə başlayıb quldur rejimi yerində oturtmaq lazımdır!”

Hikmət Kərimoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR