• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şəhid yaxınından hücumun təfərrüatları barədə AÇIQLAMA

Şəhid yaxınından hücumun təfərrüatları barədə AÇIQLAMA

“Ağdam postunda erməni snayperi əsgərimizi vurub, Tərtər postuna kəşfiyyatçılar hücum edib, Qazaxda isə atışma olub”

Bu gün səhər Azərbaycan əsgərlərimizin şəhid olması barədə xəbərlərlə oyandı. Müxtəlif mənbələrdən verilən açıqlamalarda Azərbaycan ordusuna Ağdam, Tərtər və Qazax istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı 11 əsgərin şəhid olduğu deyilir.

Publika.az həmin hücum zamanı şəhid olan əsgərlərdən birinin yaxınının açıqlamasını təqdim edir:

“Birinci hadisə gecə yox, gündüz vaxtı, saat 16:00 radələrində Ağdam postunda baş verib. Deməli, ermənilər Ağdam postunda qulluq edən əsgərimizi snayperlə vurublar, o, elə yerindəcə şəhid olub. Həmin postdakı üç əsgər isə yaralanıb. Daha sonra Tərtər istiqamətində erməni kəşfiyyatçıları hücuma keçiblər. Orada da bir neçə əsgərimiz şəhid olub. Qazax postunda isə atışma olub...

Qeyd edək ki, Müdafiə nazirli Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınması barədə məlumat yayıb.

“Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib”.

Yayılan məlumatlara görə bu saat ordumuz 11 şəhid verib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR