“Neftçi”-“Çixura” oyunundakı qalmaqal prezidentlərin gündəmində
Bizi izləyin

Qırmızı.az

“Neftçi”-“Çixura” oyunundakı qalmaqal prezidentlərin gündəmində

Gürcüstan və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə Gürcüstan prezident administarsiyası xəbər verib. Məlumata görə, birinci şəxslər dövlətlərin ikitərəfli münasibətlərini və gələcək perspektivlərini müzakirə ediblər. Söhbət zamanı Azərbaycanda futbol oyunu zamanı baş verən insidentə də toxunulub. Gürcüstan və Azərbaycan prezidentləri qeyd ediblər ki, belə insidentlər iki ölkənin dostluq münasibətlərinə təsir edə bilməz.

Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Qeyd edək ki, avqustun 7-də “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında cavab görüşü keçirilməyi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm