Əmi qardaşı oğlunu güllələdi
Bizi izləyin

Qırmızı.az

Əmi qardaşı oğlunu güllələdi

Pirallahı qəsəbəsində əmi qardaşı oğlunu güllələyib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, 52 yaşlı Oqtay Cəfərov evində saxladığı və sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu 32 yaşlı Niyazi Cəfərovu güllələyərək ona xəsarət yetirib.

Nəticədə yaralı baş nahiyəsindən aldığı xəsarətlərlə 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Polis tərəfindən tutulan Oqtay Cəfərov isə hadisəni sərxoş vəziyyətdə xuliqanlıq zəminində törətdiyini etiraf edib. Qardaşı oğlu ilə heç vaxt yola getmədiyini etiraf edən O.Cəfərovun cinayətə meyilli olduğu bildirilir. Çünki onun əvvəllər də məhkumluğu olub.

Polis onu saxlayarkən üzərindən narkotik maddə olan marixuana aşkarlayıb.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm