Gülər Əhmədovanın ailəsi məhkəməyə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Gülər Əhmədovanın ailəsi məhkəməyə müraciət etdi

Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovaya ailəsi ilə görüşməyə icazə verilmir.

Bu barədə AzVision.az-a eks-deputatın vəkili Əfsər Talıbov məlumat verib.

Vəkilin sözlərinə görə, eks-deputatın ailəsi Appelyasiya Məhkəməsinə yazılı müraciət edərək onunla görüşə icazə verilməsini xahiş edib.

Vəkil həmçinin bildirib ki, o, G.Əhmədova ilə şənbə günü görüş keçirəcək:

“Hələ ki görüşməmişəm. Şənbə günü görüş planlaşdırıram. Buna görə də Gülər xanımın səhhətinin necə olmasından məlumatsızam”.

Kassasiya şikayətinə gəlincə, vəkil əlavə edib ki, şikayət hələ ki hazırlanır. Hazırlandıqdan sonra məhkəməyə təqdim olunacaq.

Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də bu, təmin edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm