Tələbələrin dərsə davamiyyəti ilə bağlı yeni qərar
Bizi izləyin

Qırmızı.az

Tələbələrin dərsə davamiyyəti ilə bağlı yeni qərar

Tələbələrin dərsə davamiyyəti ilə bağlı yeni qərar

Nazirlər Kabinetinin “Təhsilin bakalavar və magistr səviyyəsində təşkili ilə bağlı” müvafiq qərarı var və bu, fevralın 25-dən qüvvəyə minəcək.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev Ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan gedişinə və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr edilmiş mətbuat konfransında deyib.

Yaqub Piriyev bildirib ki, yeni qərarda tələbənin dərsə davamiyyət limiti 25% nəzərdə tutulub.

“Yeni qərara əsasən, tələbə ümumi 30% dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da ömür boyu təhsil nəzərdə tutulub. 25%-i keçən tələbələr belə universitetdən xaric olunmur.

Sadəcə olaraq, tələbə imtahana buraxılmır, dərsi yenidən oxumalı, yay məktəbində, gələn semestr ərzində müvafiq dərsi yenidən oxuyandan sonra imtahan verərək kursu keçə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm