Qırmızı.az
Boş qalan yerlərə qəbul başladı
Bu gündən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır.
İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən
az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və
ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda
qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən
abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak
etmək hüququ yoxdur.
İxtisas seçimi bu gün saat 10.00-dan 11 avqust saat 10.00-dək
internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan
abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və
ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib TQDK-nın
internet saytında yerləşən "Abituriyentin elektron ixtisas seçimi
ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və
abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə
yerləşdirilir.
Boş qalan ixtisasların siyahısı Abituriyent jurnalının xüsusi
buraxılışında təqdim olunub.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında
ulduz «*» işarəsi ilə qeyd olunub. Bu ixtisasları yalnız TQDK
tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 19-dan
29-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.
Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri
istiqamətlərinin ixtisaslarını və Musiqi sənəti istiqamətinin
“Xanəndəlik” ixtisasını yalnız iyulun 2-dən 5-dək keçirilmiş seçmə
tur zamanı müvafiq yoxlamadan “məqbul” almış abituriyentlər seçə
bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı,
digər ixtisasları da seçə bilərlər.
Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən
abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Gülxar
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO