Baş kəsən qatil tutuldu
Bizi izləyin

Qırmızı.az

Baş kəsən qatil tutuldu

Samux rayonunda 26 yaşlı Səyyad Bədəlovu qətlə yetirib qaçan Gəncə şəhər sakini Elşad Bağırov tutulub.

Samux Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi aydın olub. Qətli törədən E.Bağırov əvvəllər məhkum olunub.

Qeyd edək ki, avqustun 2-də Samux rayonu Sərkar kəndinin ərazisində Gəncə şəhər sakini Səyyad Bədəlovun meyiti başı kəsilmiş vəziyyətdə özünə məxsus "LADA" markalı avtomobilin yük yerindən aşkarlanıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm