Qırmızı.az
Gürcüstan azərbaycanlıları Ermənistana qarşı sanksiyalar tətbiqinə çağırır
“Borçalı “İRƏLİ” İctimai Birliyi beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.
İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına, çox sayda insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub və təhlükəsizliyini şübhə altına alıb. Bütün bunları nəzərə alaraq “İRƏLİ” İctimai Birliyinin Gürcüstan Azərbaycanlıları adından tərəfdaşı olan “Borçalı “İRƏLİ” İctimai Birliyi də dünya dövlətləri və beynəlxalq qurumlara bəyanatla çıxış edir.
Bəyanatda deyilir.
Müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan Gəncləri adından bəyan edirik:
Biz - Müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik.
Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq.
Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik!
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR