Oğuz və Qəbələdə yanğınlar lokallaşdırılıb
Bizi izləyin

Qırmızı.az

Oğuz və Qəbələdə yanğınlar lokallaşdırılıb

Avqustun 3-də Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci və Milli Parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolaylarında baş vermiş yanğınlar artıq lokallaşdırılıb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Baş vermiş yanğınlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib. Hadisə yerinə cəlb olunmuş Nazirliyin 300-dən artıq əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə bütün istiqamətdə yanğınların artıq lokallaşdırılmasına nail olub.

Qeyd edək ki, yanğınlar yüksək dağlıq əraziləri əhatə etdiyindən və küləklə müşayiət olunduğundan tam olaraq söndürülməsində çətinliklər yaranmışdı.

İlkin hesablamalara görə, yanğın Oğuzda 6 hektar, Qəbələdə isə 7 hektar ərazini əhatə edib.

Hazırda ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğınların tam söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm