Qırmızı.az
BAXCP-dən Təhsil Nazirliyinə çağırış
Vaqif Abışov: "Üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliliyinə ciddi maneə yaradır"
Üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliliyinə ciddi maneə yaradır. Təhsildə uzunmüddətli fasilə şagirdlərdə bir sıra mühüm vərdişlərin sıradan çıxmasına, onların təhsil prosesindən ayrı düşməsinə səbəb olur.
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov dilə gətirib.
Vaqif Abışovun sözlərinə görə, orta məktəb müəlliləri hər yeni dərs ilinin başlanğıcında şagirdlərin daha öncə qazandıqları biliklərin müəyyən bir hissəsini unutduqlarının, təhsil prosesinə alışa bildmədiklərinin şahidi olurlar: "Uzunmüddətili fasilədən sonra şagirdlərdə təhsil prosesinə konsentrasiya olmaqla bağlı ciddi problemlər yaranır. Onların yenidən məktəb həyatına alışması isə xeyli vaxt aparır".
BAXCP rəsmisi hesab edir ki, bu problemlərin aradan qaldırılması üçün dünyanın bir çox aparıcı ölkələrində tətbiq olunan təcrübənin Azərbaycanda da həyata keçirilməsi vacibdir: "Nümunəvi təhsil sistemi olan Böyük Britaniyada, həmçinin Yaponiya və bu kimi digər inkişaf etmiş ölkələrin məktəblərində dərs ili 2 semestrdən ibarətdir. Şagirdlərə 1-ci semestrdən sonra 14, 2-ci semestrdən sonra isə 45 günlük tətil verilir. Hesab edirik ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi qeyd olunan problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR