Qırmızı.az
Əlikram Bayramov toylarını təxirə saldı
Tanınmış müğənni Əlikram Bayramov əsgərlərimizin şəhid olmasına görə bir neçə toy mərasimini təxirə salıb.
Bu barədə Axar.az-a müğənninin özü məlumat verib. Biləsuvar rayonuna toy mərasiminə çağırılsa da, rayona üç şəhid gəldiyinə görə toyu təxirə salaraq, şəhidin dəfn mərasiminə qatılan müğənni hadisədən çox sarsıldığını deyib:
“Baş verənlərdən çox mütəəssir oldum. Bu səbəbdən də dəvət aldığım bir neçə toyu da təxirə saldım”.
Ə.Bayramov hələ də Biləsuvarda olduğunu bildirib:
“Mən özüm Almaniyada hərbi xidmətdə olmuşam. Əslində, heç vaxt müharibə tərəfdarı olmamışam. Torpaqlarımızın sülh yolu ilə azad olmasını istəyirəm. Bununla yanaşı, müharibə başlayarsa, döyüşlərdə iştirak etmək və şəhidlik zirvəsinə ucalmaq ən böyük arzumdur”.
Şəhid əsgərlərimizlə, vətən üçün canından keçməyə hazır olan övladlarımızla fəxr etdiyini bildirən müğənni, şəhidlərin ailələrinə səbr dilədiyini bildirib.
Ə. Bayramov tezliklə qələbə sorağını eşitmək arzusunu da dilə gətirib:
“Gənc övladlarımızın cəbhədə həlak olması məni çox sarsıtdı. Arzu edirəm ki, bundan sonra əsgərlərimizin ölüm xəbərini deyil, düşməni məğlub etməsi xəbərini eşidək”.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər